Slimfit
  1. CƏMİYYƏT

Aliment verməyənlərin nəzərinə

Aliment verməyənlərin nəzərinə
Sakura

Aliment verməyənlərin nəzərinə

“Aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir”. Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət edənlərin sayı olduqca çoxdur.

 

Deputatın sözlərinə görə, problemin aradan qaldırılması üçün Aliment Fondu yaradılmalı və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.

 

H.Hüseynova qeyd edib ki, aliment ödəməyənlərin həbs olunması ilə problemi çözmək mümkün deyil:

 

“Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidirlər. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır. Aliment ödəməkdən imtina edən şəxslərin reyestrinin yaradılmasını təklif edirəm”.

 

Millət vəkili əlavə edib ki, məsələ yenidən parlamentdə müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, Aliment Fondunun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə daxil edilib. Sonradan məsələ Milli Məclis səviyyəsində müzakirə olunsa da, indiyə qədər fondun yaradılması müsbət həllini tapmayıb.

 

Daha ətraflı videomaterialda:

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR