Slimfit
  1. CƏMİYYƏT

Aliment Fondu yaradılsın, atalıq məzuniyyəti ödənişli olsun - TƏKLİF

Aliment Fondu yaradılsın, atalıq məzuniyyəti ödənişli olsun - TƏKLİF
Sakura

Aliment Fondu yaradılsın, atalıq məzuniyyəti ödənişli olsun - TƏKLİF

Azərbaycanda Aliment Fondu yaradılmalıdır. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova belə təkliflə çıxış edib. 

“Aliment Fondu büdcəyə yük olmayacaq, təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir”, - deyə H.Hüseynova əlavə edib.

H.Hüseynova onu da bildirib ki, Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmalıdır: 

“Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun”. 

Deputat təklif edib ki, məhkəmələrdə psixoloq ştatları da yaradılmalıdır: 

“Məhkəmələrdə psixoloq ştatlarının olması boşanmaların qarşısını ala bilər”. 

Milli Məclisin komitə sədri qeyd edib ki, bəzi şəhid ailələrinin, qazilərin ipoteka borcları silinsin:

“Bəzi qazilər mənə müraciət edirlər ki, onun iki gözü də yoxdur, müharibədə itirib. Amma onun ipoteka borcu var. Bu tip qazilərin və ya şəhid ailələrinin ipoteka borcları silinsə, yaxşı olar. Belə ailələrin sayı elə də çox deyil”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR