Slimfit
  1. CƏMİYYƏT

"Alıcıları aldatmaq üçün yağın üstünə inək şəkli çəkirlər..." - Ekspert marketlərdəki yağlardan DANIŞDI

"Alıcıları aldatmaq üçün yağın üstünə inək şəkli çəkirlər..." - Ekspert marketlərdəki yağlardan DANIŞDI
Sakura

"Alıcıları aldatmaq üçün yağın üstünə inək şəkli çəkirlər..." - Ekspert marketlərdəki yağlardan DANIŞDI

Bəzən marketlərdə mənşəyi məlum olmayan yağlara rast gəlirik. Bəzi işbazlar isə artıq məhsulun tərkibini necə dəyişirsə, yağın təbii olub-olmadığını istehlakçı ayırd edə bilmir.

Bəs, istehlakçılar yağ alarkən nələrə diqqət etməlidirlər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, kiçik mağazalar, bazarlar, təsadüfi firmalar istisna olmaqla böyük supermarketlərə Qida Təhlükəsizliyi Agentliyinin rəsmi sənədi olmadan bir dənə mal girə bilməz.

"Bu, mümkün deyil. Qida Təhlükəsizliyi Agentliyi mümkün olan yoxlamalar keçirir. Onların sənədi əsasında dükanlara mal girir. Ən azı Qida Təhlükəsizliyi Agentliyinin yoxlamaları onu göstərir ki, mal təhlükəsizdir. Lakin təhlükəsiz mal həm də keyfiyyətsiz ola bilər. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi malların keyfiyyətinə hələ ki, nəzarət etmir. Bu məsələ masanın üstündə qalıb. Gərək Standartlaşdırma İnstitutu keyfiyyət məsələsinə ciddi nəzarət etsin. Qeyd etdiyimiz kimi, marketlərdə olan yağlar təhlükəsizdir. Lakin azad bazar iqtisadiyyatıdır və bəzi istehsalçılar marqarinlərlə qarışdırılmış yağları kərə yağı kimi satırlar. Çox yaxşı haldır ki, bu ilin yanvarından Qida Təhlükəsizliyi Agentliyi malın üzərində olan etiketlərə də nəzarəti öz üzərinə götürüb. Biz bunu alqışlayırıq. Yəni getdikcə problemlər azalacaqdır. İstehsalçılar istehlakçıları aldatmaq üçün yağın üstünə bir inək şəkli çəkir, üstünə də "təbii yağ" yazır. Hardasa kiçik hərflərlə yazır ki, bitki yağlarının qarışığıdır, spred yağlardır. Təəssüflər olsun ki, illər boyu davam edib. Yəqin ki, Qida Təhlükəsizliyi Agentliyi bu vəziyyəti tezliklə dəyişəcəkdir.

Eləcə də uyğun problem duru bitki yağlarında da vardır. Kərə yağı seçən zaman istehlakçılar eyni bir taxçada olan yağları sıxsınlar, hansı yağ əllərinə daha bərk gəlsə, o daha çox kərə yağıdır. Əlbəttə, etiket məlumatlarını diqqətlə oxusunlar. Hansı yağın buraxılma tarixinin son yararlıq müddəti arasındakı məsafə azdır o yağa üstünlük versinlər. Problem olarsa, 1003 qaynar telefon xəttinə zəng vurmalarını məsləhət görürəm", - deyə ekspert bildirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR