Slimfit
  1. CƏMİYYƏT

Ali təhsillə bağlı qanun layihəsi nə vaxt müzakirə olunacaq? - Deputatlara tapşırıq verildi

Ali təhsillə bağlı qanun layihəsi nə vaxt müzakirə olunacaq? - Deputatlara tapşırıq verildi
Sakura

Ali təhsillə bağlı qanun layihəsi nə vaxt müzakirə olunacaq? - Deputatlara tapşırıq verildi

Milli Məclisin Elm və təhsil komitəsinin parlamentin 2019-cu il payız sessiyası üçün əsas prioriteti "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəyə çıxarılmasıdır.

Bu barədə Oxu.Az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Deputatın sözlərinə görə, Elm və təhsil komitəsi sözügedən qanun layihəsi üzərində iş aparır.

"Artıq İşçi qrupu müəyyənləşdirilib. İşçi qrupunun tərkibinə həm Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, həm də Təhsil Nazirliyinin və digər təhsil qurumlarının nümayəndələri daxildir. Bildiyiniz kimi, biz iyul ayında "Ali təhsil haqqında" qanun layihəsini İşçi qrupu ilə birlikdə müzakirə etmişik", - deyə İ.Həbibbəyli bildirib.

O söyləyib ki, komitə üzvü olan deputatlara və İşçi qrupunun digər üzvlərinə tapşırıqlar verilib.

"Ali təhsil haqqında" qanun layihəsinin maketi hazırlanıb və komitə üzvlərinə təqdim olunub. Düşünürəm ki, yay tətili müddətində deputatlarımız və İşçi qrupunun üzvləri öz təkliflərini hazırlayıblar. Biz komitənin sentyabr ayında keçirəcəyimiz iclasında bu sənədin ilkin layihəsini təkliflər əsasında formalaşdıracağıq. Çalışacağıq ki, qanun layihəsini payız sessiyasının plenar iclaslarına müzakirəyə çıxaraq".

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR