Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Ali məktəblərə qəbulun qapısı açıq, çıxışın qapısı dar olmalıdır”

“Ali məktəblərə qəbulun qapısı açıq, çıxışın qapısı dar olmalıdır”
Sakura

“Ali məktəblərə qəbulun qapısı açıq, çıxışın qapısı dar olmalıdır”

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artıb. 
 
Bu barədə İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya verdiyi açıqlamada deyib. 
 
O, qəbul qaydalarındakı yeniliklər haqqında danışıb.
 
 "Ötən ildən fərqli olaraq, bu il həm ödənişli, həm də dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün ümumilikdə 200 bal, imtahanın ikinci mərhələsində isə 100 bal toplamaq kifayətdir. Fənlər üzrə bal məhdudiyyəti də ləğv olunub”,- deyə Abbaszadə qeyd edib. 
O həmçinin dövlət sifarişli yerlərin artdığını vurğulayıb: "Bu o deməkdir ki, müsabiqəyə buraxılacaq təxminən 40 min namizəddən hər ikincisi dövlət sifarişli yerdə təhsil almaq şansı qazanacaq. Məlumdur ki, müsabiqə vəziyyəti əsasən dövlət sifarişli yerlərdə yaranır. Ötən il ödənişli əsaslarla olan müəyyən yerlər boş qalmışdı, namizədlər bu yerlərə ərizə verməmişdilər”. 
 
Təhsil eksperti Nabatəli Qulamoğlu Toplum.Tv-yə deyib ki, bu məsələ yeni ortaya çıxmayıb və bu haqda müzakirələr gedir. 
 
Ekspertin fikrincə, tələbələrin keyfiyyətli təhsili üçün onların qarşısına müəyyən sədlər qoyulmalıdır:  "Ali məktəblərə qəbulun qapısı açıq olmalıdır, amma çıxışın qapısı nisbətən dar olmalıdır. Yəni istənilən adam ali məktəbə qəbul olmaq imkanı əldə eləməlidir, amma onu oxumağı az adam bacarmalıdır”.
 
O həmçinin qeyd edir ki, bu durumun universitetlərin iqtisadi vəziyyətinə heç bir təsiri yoxdur: "Özəl ali təhsil müəssisələrinə isə heç bir dəxli yoxdur, çünki  özəl təhsil müəssisələri hər bir halda ödənişlidir”.
 
Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə isə bu qərar ölkədə ali təhsilli gənclərin artmasına vasitə olacaq.
 
"Hər il qəbul imtahanında iştirak edən tələbələr keçid balını toplasalar belə, onlar fənlər üzrə nisbi bal məhdudiyyətini keçə bilmirlər və ali təhsil müəssisələrinə qəbul olmaq hüququndan məhrum olurlar. Məsələn, əvvəlki illərdə belə idi ki, 2018-ci ilə qədər qəbul imtahanında yalnız 250-dən çox bal toplayan abituriyentlər hər hansı bir fəndən nisbi bal məhdudiyyətini keçirdilər və ixtisas seçiminə buraxılırdılar.  Amma 350-yə qədər bal toplayanlara fənlər üzrə 5 fəndən 1-i istisna olmaqla hamısından minimum 10 bal toplamalı idi. Əgər beş fəndən ikisinin nisbi balı 10-dan az olardısa, abituriyent ali təhsil müəssisəsinə qəbulolma haqqından məhrum olurdu. Bəzən bu baryerləri keçə bilməyən, amma yüksək bal toplayanlarıb əlçatımlılığı üçün bal məhdudiyyətinin aradan qaldırılması çox müsbət addımdır. Bu, eyni zamanda rəqabəti formalaşdırır. Bu qərar həm də univesitetə daha savadlı, daha yüksək ballı tələbələrin qəbul olmasına gətirib çıxaracaq. Qərarın digər müsbət tərəflərindən biri də odur ki, keçən ilə qədər ödənişsiz  ixtisasları yalnız 300-dən çox bal toplamış tələbələr seçə bilirdilirsə, artıq bu ildən o məhdudiyyət də qalxıb. Bu gün Azərbaycanda ali təhsilin əlçatımlığı tam təmin olunur. Biz müqayisə edirik, beş-on il əvvələ baxanda şərtlər çox asanlaşıb. Bu gün Azərbaycan dünya ölkələri arasında  ali məktəblərə görə ən üst sıralardadır”, - deyə ekspert bildirib.
 
Kamran Əsədov qeyd edib ki, dövlət sifarişli yerləri artması universitetin iqtisadi dayanıqlılığına müsbət təsir edir: "Əslində, universitetlərə sərf edir ki, onların pulunu dövlət ödəsin. Çünki bəzən tələbələr ödəyə bilmirlər və  bu durum universitetə  maddi zərər vurur”.
 
Ekspert deyir ki, bu həm də xaricə getmək istəyən gənclərin ölkədə qalmasına səbəb olacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR