Dərc edildi: Baxış sayı: 484
Ali Məhkəmənin sədrinin maaşı artırılır
Ali Məhkəmənin sədrinin maaşı artırılır.
APA-nın məlumatına görə, bununla bağlı “Məhkəmələr və Hakimlər haqqında” qanun layihəsinə dəyişiklik olunur. Belə ki, qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) ediləcək dəyişikliklə Ali Məhkəmə sədrinə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində aylıq pul təminatı veriləcək.
Bundan əvvəl Ali Məhkəmənin sədrinə 2280 manat aylıq vəzifə maaşı verilirdi.
Hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 3712 manatdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət