Slimfit
  1. CƏMİYYƏT

Ali Məhkəmə "OBA Market”in administratoru ilə bağlı qərar çıxardı

Ali Məhkəmə "OBA Market”in administratoru ilə bağlı qərar çıxardı
Sakura

Ali Məhkəmə "OBA Market”in administratoru ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə “Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA Market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Elşad Əliyev qeyd edib ki, protest qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 179.2.3 (mənimsəmə) və 179.2.4-cü maddələri ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə yanaşı CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla ona 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzası təyin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd: Rəsmi məlumata görə, “Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA Market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılıb. Aparılan araşdırma zamanı müəyyən edilib ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28.03.2017-ci il tarixindən 21.05.2018-ci il tarixədək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf edib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR