Slimfit
  1. AZƏRBAYCAN

Ali Attestasiya Komissiyasında “yarpaq tökümü”: Əliniyaz Məmmədov niyə yola salındı?

Ali Attestasiya Komissiyasında “yarpaq tökümü”: Əliniyaz Məmmədov niyə yola salındı?
Sakura

Ali Attestasiya Komissiyasında “yarpaq tökümü”: Əliniyaz Məmmədov niyə yola salındı?

 

Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyətindən narazılıq artır. Xatırladaq ki, qurumdakı qaranlıq nüanslarla bağlı ölkə mətbuatında zaman-zaman müxtəlif ittihamlar səsləndirilib və bunlardan bir çoxunun həqiqət olduğu sonradan təsdiqini tapıb.
 
Bu baxımdan qanunsuz yolla elmlər doktoru və ya professor diplomları verilməsindən tutmuş digər ağır ittihamıara qədər səsləndirilib. Görünür, elə bu acınacaqlı durumun nəticəsidir ki, bu yaxınlarda Prezident İlham Əliyevin sərənmcamı ilə Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub. 
 
Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı və onun vəzifədən çıxarılmasında korrupsiya əməllərinin əhəmiyyətli rol oynadığı iddia edilir.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, adıçəkilən qurumda "yarpaq tökümü” davam edir. Belə ki, Prezident yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının üzvü Əliniyaz Məmmədovun da səlahiyyətlərinə xitam verilib. Onun tutduğu postdan uzaqlaşdırılmasına səbəb kimi isə müəmmalı fəaliyyəti və vəzifə səlahiyyətlərini layiqincə icra edə bilməməsi göstərilir.
 
Əliniyaz Məmmədov eyni zamanda Topçubaşov adına Cərrahiyyə Mərkəzində də Dissertasiyaları Yoxlama Şurasının sədridir və onun fəaliyyətində qaranlıq məqamlara görə oradan da uzaqlaşdırılacağı bildirilir
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR