Slimfit
  1. İDMAN

Aleksey İsayev: "Barselona" uduzursa, deməli,"Neftçi" də uduza bilər"

Aleksey İsayev: "Barselona" uduzursa, deməli,"Neftçi" də uduza bilər"
Sakura

Aleksey İsayev: "Barselona" uduzursa, deməli,"Neftçi" də uduza bilər"

 "Nəhayət, II dövrədə də qalib gəldik. Hesab edirəm ki, rəqibi tam üstələdik. Ancaq daha çox qol vəziyyəti yaratmaq, daha çox rəqib qapısına yol tapmaq lazımdır. İstənilən halda, əsas 3 xal qazanmağımızdır. Bu, bizə rahatlıq gətirdi. Yolumuza davam edirik".

Bunu "Report"a müsahibəsində "Sumqayıt" klubunun futbolçusu Aleksey İsayev evdə "Səbail" üzərində qazandıqları 1:0 hesablı qələbə barədə danışarkən deyib.

23 yaşlı yarımmüdafiəçi digər sualları da cavablandırıb...

Yəqin ki, turnir cədvəli sizə təzyiq edir...

- Xeyir. Komanda yoldaşlarımı deyə bilmərəm, ancaq məni təzyiq altında saxlamır. Matça hazırlaşıram, bu, əsasdır. Çalışıram ki, həmişə qələbəyə oynayım.

Çalışmaq ayrı. Amma əsas məsələ komandanın nəticələridir. "Sumqayıt"ın turnir cədvəlində sonluqla bağlı perspektivini necə görürsünüz?

- Qarşımızda Avropa Liqasına düşmək vəzifəsi durur. Bunu yerinə yetirəcəyik. Ancaq perspektivi gələcək göstərəcək.

Son vaxtlar həddindən artıq informasiyalar yayılır ki, sizi Azərbaycan millisinə dəvət edəcəklər. Buna hazırsınız?

- Bilmirəm, bu haqda heç nə deyə bilmərəm.

Özünüz yığmada çıxış etmək istərdiniz?

- Bilmirəm. Bu suala cavab verməyəcəyəm. Hələ ki bu mövzu mənim üçün çətindir.

Azərbaycan yığmasında çıxış etməklə bağlı qərarı qəbul etmək, yoxsa...?

- Söhbət qərar qəbul etməkdən getmir. Başımda öz suallarım var. Olarmı bu sualı hələ cavablandırmayım, hələlik bir kənara qoyum?

Əlbəttə. Qış fasiləsinə lider "Neftçi" ilə səfər matçından sonra yollanacaqsınız. Rəqib yetərincə iddialıdır. Hər halda, lider liderdir və hazırda ən yaxın izləyicisini 8 xal qabaqlayır. Gözləntiniz nədir?

- Biz də onlardan zəif deyilik. Ciddi hazırlaşacağıq, yenə qələbəyə oynayacağıq. Hər matçda buna çalışırıq. Necə olacağı isə Allahın işidir. Ötən tur "Zirə" ilə matçda da meydana qələbə üçün çıxmışdıq, ancaq sonda 1:3 hesabı ilə uduzduq. Burada bir çox faktorun təsiri var. Bəli, "Neftçi" "Neftçi"dir, samballı komandadır, Azərbaycan üçün xalq komandasıdır. Ancaq bu, o demək deyil ki, məğlubedilməzdir. "Barselona" uduzursa, deməli,"Neftçi" də uduza bilər.

İlk dəfə Sumqayıtda, doğma tribunalar qarşısında oynadınız. Fərq hiss olunur?

- Əlbəttə. Azarkeşlər 1-ci dəqiqədən sonadək dəstək verəndə, bu, hiss olunur və bizlərə əlavə güc verir. Tərəfdarlarımızı böyük həvəslə sevindiririk. Hesab edirəm ki, futbolu insanları sevindirmək üçün oynayırıq. Bu, ən başlıcasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR