Slimfit
  1. ƏDƏBİYYAT

Aleksandr Puşkin - Peyğəmbər

Aleksandr Puşkin - Peyğəmbər
Sakura

Aleksandr Puşkin - Peyğəmbər

Ruhumu təngidən bir yanğıyla mən,
Sərgərdan gəzirkən kimsəsiz düzdə,
Yollar ayrıcında çıxdı qəfildən
Altıqanad mələk yolumun üstə;
Əliylə gözümə elə toxundu –
Hürkmüş bir qartalın ayıq gözütək
Açılıb gözümdə nurlandı bəbək.
Elə ki, toxundu qulaqlarıma –
Səs-küylə doldurub çəkdi tarıma:
Aydınca eşitdim göyün səsini,
Orda mələklərin süzməyini də.
Çöldə tənəklərin titrəməsini,
Suda dənizlərin üzməyini də.
Hələ tərpənməmiş durduğum yerdən
Əyilib ağzıma saldı əlini;
Çəkib boğazımdan çıxartdı birdən
Günahkar dilimi, şeytan dilimi.
Ağzımın beləcə keyimiş vaxtı
Hikmət iynəsini – ilan dilini
Gətirib dilimin yerinə taxtı.
Sonra bir qılıncla köksümü yarıb,
Titrək ürəyimi ordan çıxarıb,
Yerinə köz qoydu, alışan bir köz,
Dedi: bundan belə bu ağrıya döz.
Qaldım meyid kimi kimsəsiz düzdə.
Tanrı dilə gəldi başımın üstdə:
«Oyan, ey peyğəmbər, həm gör, həm eşit, –
Mənim istəyimlə get dolan rəşid;
Sən ellər dolaşıb, dənizlər adla,
Bəşər ürəyini sözünlə odla!»

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR