Slimfit
  1. İQTİSADİYYAT

Aleksandr Novak: 'Neftə tələbat ən aşağı səviyyədədir'

Aleksandr Novak: 'Neftə tələbat ən aşağı səviyyədədir'
Sakura

Aleksandr Novak: 'Neftə tələbat ən aşağı səviyyədədir'

Dünya bazarında neftə tələbatın azalması pik həddə çatıb və may ayının ikinci yarısından vəziyyət sabitləşməyə başlaya bilər.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O, ötən ilin səviyyəsinə nisbətən gündəlik tələbatın 25-30 milyon barel azaldığını dilə gətirib: “İndi bazarda tələbat artımının rüşeymləri görünür. Bəzi ölkələr may ayında məhdudiyyətləri tədricən azaldacaqlarını bildirdilər. Üstəlik, mayın 1-dən OPEC+ razılaşmasının qüvvəyə minəcəyi də nəzərə alınsa, mayın ikinci yarısında natarazlıq azalmalıdır. İlin ikinci yarısında dünya bazarlarında vəziyyətin düzəlməyə başlayacağı barədə nikbin fikirlər var”.

Bununla belə bazarlarda yüksək dəyişkənliyin qaldığını da qeyd edərək WTI markalı neftin ilk dəfə olaraq mənfi 37,6 ABŞ dolları səviyyəsinədək çökdüyünü buna misal gətirən A.Novak OPEC+ çərçivəsində əldə edilmiş razılaşmaya görə Rusiyada da hasilatın ötən ilin rekord 560,2 milyon tona qarşı bu il 10 faizədək azalacağını diqqətə çatdırıb.

Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəldilər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR