Albert Eynşteynin qısa xoşbəxtlik nəzəriyyəsi
Onda cəmi bir neçə söz var!
Söhbət qəribə dahilərdən gedəndə, dərhal Albert Eynşteyn yada düşür. Bu inanılmaz zəka təkcə biliyini deyil, həmçinin onun məktubları sayəsində saxlanan müdrikliyini dünya ilə bölüşürdü.
Eynşteyn tarixə 1915-ci ildə “Ümumi nisbilik nəzəriyyəsi”-ni dərc edəndə düşdü, bu cazibə qüvvəsini universal şəkildə məkan-zaman uyğunsuzluğu ilə əlaqələndirəcəkdi. Onun nəzəriyyəsi elə bir əsas yaratdı ki, son nəticədə məkan və zaman konsepsiyaları hazırlandı. Onlar bu gün də elm dünyasına təsir göstərməkdə davam edir.
Yeddi il sonra Tokidakı “İmperial” otelinin dəftərxanasında Eynşteyn elmlə əlaqəsi olmayan digər nəzəriyyəni yazır. Bunun əvəzinə o həqiqi xoşbəxtlik reseptini bölüşür. Bu kiçik, amma vacib mesaj siyasətçi və ya şirkətin baş direktoru üçün yazılmayıb.
Eynşteyn yazını bəxşişin əvəzinə xidmətçi oğlana verir və söz verir ki, o nə vaxtsa çox bahalı olacaq. O, düz deyirmiş!
“Eynşteynin xoşbəxtlik nəzəriyyəsi” adlanan bu kiçik əlyazma 2017-ci ilin 24 oktyabr tarixində Qüdsdə keçirilən hərracda 1,56 milyon dollara satıldı. Bu Albert Eynşteynin otelin həmin bloknotunda əllə yazdığı iki qeyddən biri idi.
Eynşteynin sözləri sadə idi: “Sakit və təvazökar həyat daimi narahatlıqla müşayiət olunan uğura cəhddən daha çox xoşbəxtlik gətirir”.
Beləliklə, Eynşteyn qərb nöqteyi-nəzəri ilə şərq düşüncəsini qarşı-qarşıya qoydu. Çox vaxt biz xoşbəxtliyi maddi sərvətlə bağlayırıq, amma həqiqət daha sadədir. Bunun əvəzinə bizə şişirdilmiş ümidlər, nöqsanlar və stereotiplərdən qurtulmaq lazımdır.
Bizə hazırki məqamla şüurlu surətdə yaşamaq və hər gün baş verən şeyləri dəyərləndirmək lazımdır. Bizə yaşadığımız həyata və onun bizə təqdim etdiyi imkanlara minnətdarlıq etməyi öyrənmək lazımdır. Biz xəyali xoşbəxtlik axtarışında bir stansiyadan digərinə keçən “daimi sərnişin” vəziyyətindən imtina etməliyik.
Albert Eynşteynin məsləhətini dinləyin və elə bu gündən yaşamağa başlayın.
Mənbə: Lifter.ua
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət