Dərc edildi: Baxış sayı: 3430
Albalı mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır
Bu gün Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Tanınmış "Ağababa Ağababa" "youtube" kanalının sahibi məşhur usta bu dəfə albalı mürəbbəsinin xüsusi hazırlanma qaydasını üsulunu izah edir:
Albalı mürəbbəsinin resepti.
Albalı 1,500 kq
şəkər tozu 100qr
Hazırlanma qaydası:
Albalılar aşsüzənin içinə altında da bir ləyən axar suda yaxşıca yuyulur. Suyu süzüləndən sonra saplaqlaqlarından təmizləyib sonra şəkər əlavə etməmiş qaynadırıq. Buna səbəb bişirilən məhsulun ləpli qalması büzüşməməyidir. Bir ləyən götürüb içərisinə 1 stəkan yarım su töküb meyvəni əlavə edirik. Su qaynayana kimi ləyəni silkələyirik ki, meyvələr hamısı su salsın. Sonra 5-6 saat saxlayırıq və vaxtın tamamında həmin ləyəni yenidən ocağın üzərinə qoyub üstündən şəkər əlavə edirik. Ocağın üstünə qoyub 5 dəqiqə qaynadırıq sonra, altını söndürüb üstündəki köpükləri yığıb bir gün saxlayırıq. Sabahı gün ləyəni yenidən ocağa qoyub altını zəif açırıq gözləyirik ki, suyu bir qədər də artsın. Sonra qazı artırıb ləyəni silkələyirik ki, köpük üzə çıxsın. Üstünə yığılan köpükləri yığıb atırıq və 20-25 dəqiqə qaynadıb qoyuruq soyusun. Mürəbbənin suyundan qaşığın ucunda 1 damcı boşqaba damızdırırıq suyu çox qatı nədə duru olmamalıdır. Əgər yayılmırsa olduğu kimi qalırsa demək mürəbbəmiz hazırdır. Bankalara yığın sağlıqla hazırlayın,şirin şirin yeyin".
Nuş olsun.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət