Slimfit
  1. TEXNOLOGİYA

Alaq otlarını tapıb məhv edən kənd təsərrüfatı robotu təqdim edilib

Alaq otlarını tapıb məhv edən kənd təsərrüfatı robotu təqdim edilib
Sakura

Alaq otlarını tapıb məhv edən kənd təsərrüfatı robotu təqdim edilib

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş “SwagBot” adlı kənd təsərrüfatı robotu kompüter görmə texnologiyasının köməyi ilə özü alaq otlarını tanıya və onları herbisidlərlə çiləyə bilər.
 
ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “SwagBot” kənd təsərrüfatı robotu 2016-cı ildən istifadə edilir, yenilənmiş qurğu özü alaq otlarını məhv edə bilir. “SwagBot” robotunun tanıdığı alaq otlarının sayı barədə dəqiq məlumat yoxdur. Qurğunun təsvirində deyilir ki, alqoritm Cənubi Amerikada olan “Nassella trichotoma” adlı alaq otlarını dəqiq tanıyır.
 
“SwagBot” robotu uzun fırlanan təkərləri olan düzbucaqlı formasında hazırlanıb. Qurğu lidar, kamera və idarə sisteminə malik antena ilə təchiz edilib. Bundan başqa, mərkəzi hissənin altında herbisid tozlandırıcısından ibarət balon yerləşir.
 
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR