Slimfit
  1. TƏBİƏT

Akvarium balıqları

Akvarium balıqları
Sakura

Akvarium balıqları

Akvarium balıqları (ing. Aquarium fishery) - Əsasən, xırda, əlvan rəngli, əksər hallarda qeyri-adi formalı və özünəməxsus davranışlı, akvariumlarda yaşaya və arta bilən balıqlar. Akvarium balıqlarının əksəriyyəti təbii şəraitdə tropik və subtropik ölkələrin şirin sularında yaşayır. 1000-ədək növü əhatə edir. Bunlar, əsasən, çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə və xarasinlər fəsiləsinə, həmçinin çəkidişlikimilər dəstəsinə aid balıqlardan ibarətdir. Müasir akvariumlarda əksər vaxtlarda akulalar, murenlər, angvillər, daşlıq xanıları, kəpənyibalıqlar, dəniz məleykələri, sandıqbalıqlar, beli buynuzlular kimi dəniz balıqları yetişdirilir. Düzgün saxlanıldıqda təbii şəraitdəkindən artıq 3–5, bəziləri 15 ilədək yaşaya bilir. Uzaq hibridləşdirmə nəticəsində yeni cinslər alınmışdır. Bir sıra tropik ölkələrdə akvarium balıqlarnın yetişdirilməsi və dekorativ balıqçılıq əsas gəlir sahəsi və elmi eksperimentlər obyektidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR