Slimfit
  1. CƏMİYYƏT

Aktyor Rza Rzayevlə bağlı yeni qərar

Aktyor Rza Rzayevlə bağlı yeni qərar
Sakura

Aktyor Rza Rzayevlə bağlı yeni qərar

Ötən il xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin işinə baxılıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara görə ,Rza Rzayevin cəzası 6 ay azaldılıb. Bu qərarla onun çəkilməmiş 6 ay həbsi qalıb.

Qeyd edək ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

Rza Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvarında 220-saylı məktəb-liseydə baş verib. Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.

Xatırladaq ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR