Slimfit
  1. İDMAN

Akrobatlarımız Portuqaliyada üçüncü olublar

Akrobatlarımız Portuqaliyada üçüncü olublar
Sakura

Akrobatlarımız Portuqaliyada üçüncü olublar

Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib. Yarış 2019-cu ildə yığma komandamızın qatıldığı ilk turnir olsa da, gimnastlarımız mövsümə uğurla start veriblər.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qarışıq cütlüklərin yarışında çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi turniri bürünc medalla başa vurublar. Birinci pillədə Rusiya, ikinci yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar. Digər qarışıq cütlüyümüz Nurcan Cabbarlı və Ağasif Rəhimov isə finala adlaya bilməyiblər.

Kişi cütlüyümüz Seymur Cəfərov və Murad Əkpərov da final mərhələsində çıxış ediblər. Lakin proqramlarını icra edərkən yol verdikləri səhv onları medaldan uzaq salıb və cütlüyümüz sıralamada beşinci olub.

Kubok yarışlarında cütlüklərimizlə yanaşı, ilk dəfə olaraq böyüklər proqramında çıxış edən qadınlardan ibarət qrupumuz da iştirak edib. Ləman Məmmədova, Emiliya Nəzərli və Raziyə Seyidlinin ilk təcrübələri olmasına baxmayaraq, qızlarımız finala düşməyi bacarıblar və yarışı yeddinci olaraq bitiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR