Dərc edildi: Baxış sayı: 602
Akif Paşa - Tifli nazəninim unutmam səni
Tifli nazəninim unutmam səni,
Aylar, illər deyil, keçsə də illər...
Talekəm eylədi fəraqın məni,
Çıxarmı xatirdən o dadlı dillər?
Qıyılamaz ikən öpməyə tənin,
İndi nə haldadır nazik bədənin?
Andıqca gülşəndə qönçə dəhənin,
Yansın ahım ilə kül olsun güllər.
Təğayürlər gəlib cismi səminə,
Töküldümü siyah əbru cibinə,
Sırma saçlar yayıldımı zəminə,
Dağıldımı qoxladığım sümbüllər?
Fələyin kinəsi yerin buldumu,
Gül yanağın rəngi-ruyun soldumu,
Əcaba çürüyüb torpaq oldumu,
Öpüb oxşadığım o pambıq əllər?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət