Dərc edildi: Baxış sayı: 608
Akayev: Yarım ton qızıl oğurlamamışam
Mənim Qırğızıstana qayıtmağımla bağlı heç bir rəsmi qadağa yoxdur.
"Vesti.kg" xəbər verir ki, bunu Qırğızıstanın keçmiş Prezidenti Əsgər Akayev deyib.
"Lakin artıq 13 ildir mənə qarşı informasiya müharibəsi aparılır. Mətbuatda deyirlər ki, mən yarım ton qızıl oğurlamışam. Bu, doğru deyil", - Ə.Akayev bildirib.
Onun sözlərinə görə, vaxtilə doğmalarının dəfn mərasiminə gedə bilməyib, çünki onu aeroportda tutmaqla hədələyiblər:
"Almazbek Atambayevin dövründə iki qohumumun dəfn mərasiminə gedə bilmədim. Məni birbaşa aeroportda tutmaqla hədələyirdilər. Mənə qarşı cinayət işləri hələ 12 il əvvəl dayandırılıb. Özünü qalib hesab edənlərin hamısı hakimiyyətdən gedib".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət