Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Akademik uğurlar, təhsil yoldaşlarжтdan asılıdır

Akademik uğurlar, təhsil  yoldaşlarжтdan asılıdır
Sakura

Qrup yoldaşları öz nümunələri ilə bir-birilərinə təsir göstərir

Gənclər akademik uğurları üçün dost seçmirlər, ancaq məhz dostlar bir-birilərini daha yaxşı və ya pis oxumağa məcbur edirlər.

Təhsil üzrə tədqiqatçılar ümumilikdə məktəblilərin və tələbələrin fəaliyyətində irəliləyişə təsir edən dörd amili qeyd edirlər: ailənin sosial-iqtisadi vəziyyəti, sərbəst təlimə və dərsə hazırlaşmağa sərf olunan vaxt, əlavə işə və hobbi fəaliyyətinə sərf olunan vaxt və universitet və ya məktəb mühiti. Lakin universitet mühiti yalnız müəllimlər və tədris metodları, konfranslar, tədqiqat layihələri və s deyil, həm də tələbələrin özləridir. Və bu, tələbələrin sosial mühit, dost - qrup yoldaşlığı amilidir, bu da çox az qiymətləndirilir - baxmayaraq ki, bir çox elmi işlərdə təsbit olunmuşdur ki, dost-qrup yoldaşları öz nümunələri ilə bir-birilərinin davranışlarına və irəliləyişinə təsir göstərir.

Digər tərəfdən, "dost amili"nə lazımi qədər dəyər verilməməsi və onun ətrafındakı mübahisələr, onun necə qiymətləndirilməsindən irəli gəlir. Məsələn, təsadüfi yaranan bir təhsil qrupu sosial mühit, bir tələbənin sosial şəbəkədəki mövqeyi statik olaraq təqdim edilə bilər və dəyişdirilə bilməz. Bu yanaşma vəziyyəti adekvat təhlil etməyə imkan vermir. Sosial mühit şüurlu bir seçim nəticəsində formalaşır və bu seçim statik deyil, əksinə olduqca dəyişkəndir .Sosial şəbəkələr zamanla əhəmiyyətli dərəcədə dəyişir, xüsusilə birinci kurs tələbələri haqqında söhbət gedirsə. Məsələn, tələbə aşağı qiymətlər alan qrup yoldaşıyla dostluğu poza və daha uğurlu tələbələrlə dostlaşmağa çalışa bilər – və ya əksinə.

Ali İqtisadiyyat Məktəbinin (NRU HSE) əməkdaşları tələbələrin kurs yoldaşları arasında potensial dostlarının çıxışlarına diqqət yetirib-yetirmədiklərini və dostlar və ya təhsil köməkçilərinin bir-birlərinin akademik uğurlarına təsir edib-etmədiyini öyrənməyə çalışıblar. Bunun üçün tədqiqatçılar Rusiya universitetlərindən birində İqtisadiyyat fakültəsinin birinci kursunda olan 117 tələbənin sosial əlaqələrini təhlil ediblər. PLoS ONE-dəki bir məqalədə deyilir ki, təhsil üzrə köməkçilər bu sahədə irəliləyişə həqiqətən təsir göstərmir. Ancaq dostlar təsir göstərir. Tələbə yaxşı oxuyan biri ilə dostluq edirsə, o özü də daha yaxşı oxumağa başlayacaqdır. Əksinə, zəif fəaliyyət göstərən bir tələbə ilə dostluq, sonradan dostlarının fəaliyyətini də azalda bilər.

Kiminlə dostluq etmə seçiminə gəlincə isə, oxuyanlar təhsil göstəricilərinə daha az nəzər yetirirlər . Ümumiyyətlə, tələbələr universitetə girməzdən əvvəl tanıdıqları insanlarla, həmcinsləri və sinif yoldaşları ilə dostluq etməyə meyllidirlər.

Mənbə: m.nkj.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR