"Airbus" ən iri sərnişin təyyarələrinin tədarükünü dayandırır
Avropanın "Airbus" aviakonserni iki ildən sonra A380 iri sərnişin təyyarələrinin tədarükünü dayandıracaq.
Trend-in məlumatına görə, buna səbəb əsasən "Emirates" şirkəti tərəfindən bu avialaynerlərin sifarişinin azalmasıdır. Belə ki, "Emirates" A380-lərin sifariş portfelini 162-dən 123-dək azaldır. Digər şirkətlərdən də sifarişlərin azaldığını nəzərə alan "Airbus" 2021-ci ildə A380-lərin tədarükünü dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, "Airbus A380" dünyada ən iri seriyalı sərnişin avialayneridir. Onun ilk versiyasının maksimum tutumu 853 nəfər, uçuş kütləsi 575 ton, uçuş məsafəsi 15,2 min km, kreyser sürəti isə saatda 945 km-dir. Nəhəng hava gəmisinin ilk uçuşu 2005-ci ilin aprelində həyata keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət