Slimfit
  1. CƏMİYYƏT

Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı YENİLİK

Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı YENİLİK
Sakura

Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı YENİLİK

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, layihə qəbul edilərsə, başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan təqaüdün məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək. 

 

Məsələn, başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir. Bu məbləğ ailənin üç nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq. 

Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə olunur.

Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunverciliklə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, nəzərdə tutulan iki sosial təminat növündən birini (ailə başçısını itirməyə görə pensiyanı və ya müavinəti) seçmək hüququ verilib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR