Slimfit
  1. CƏMİYYƏT

Aİİ-nin “İlahiyyatçı” qəzetinin avqust buraxılışı nəşr olunub

Aİİ-nin “İlahiyyatçı” qəzetinin avqust buraxılışı nəşr olunub
Sakura

Aİİ-nin “İlahiyyatçı” qəzetinin avqust buraxılışı nəşr olunub

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin avqust buraxılışı çap olunub.

Aİİ-dən Trend-ə verilən məlumata görə, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqına Qurban Bayramı münasibətilə təbrikləri yer alıb. Həmçinin səhifədə cənab Prezidentin A.H.Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərancamı və Şeyxülislam Allahşükür Paşazadəyə anadan olmasının 70, fəaliyyətinin 40 illliyi münasibəti ilə ünvanladığı təbrik dərc edilib.

Qəzetin ikinci səhifəsində “Azərbaycanın tərəqqisinə həsr olunmuş ömür” başlıqlı məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü münsaibəti ilə Azərbaycan İlahiyyat İnstitutunun kollektivi adından təbriki yer alıb.

Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma prespektivləri” adlı kitabına həsr olunmuş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış” başlıqlı yazı qəzetin üçüncü səhifəsindədir.

Dördüncü və beşinci səhifələrdə “Bakıda “Şeyxülislam Allahşükür Paşazadə 70–Mənəviyyata həsr olunmuş ömür” adlı konfrans keçirilib” və “Şeyxülislam-70” başlıqlı yazılar öz əksini tapıb. Məqalələr Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, fəaliyyətinin 40 illliyinə həsr olunub. “Şeyxülislam-70” məqaləsi ilə İnstitut kollektivi Şeyx Həzrətlərini təbrik edib.

Aİİ rektoru Ceyhun Məmmədovun AZƏRTAC-a müsahibəsi qəzetin altıncı səhifəsində dərc olunub.

 

Mətbu orqanın avqust buraxılışında, həmçinin “Müasir ərəb ifadələrində dil xətalarının əsas səbəbləri” mövzusunda seminar”; “Yüksək balla Aİİ-ni seçdi”; “19 ildən sonra tələbə adını qazanan Günel Aslanova”; “Tələbə adı alanlar qeydiyyatdan keçdi”; “2019-2020-ci tədris ili üzrə qəbul planı 100 faiz yerinə yetirildi”; “Tələbələrimizin Türkiyədə “Yay məktəbi”; “Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Aİİ-ni ziyarət edib”; “İslamşünaslıq ixtisasına qabiliyyətli abituriyentlər seçildi”; “XII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcəyik”; “Ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfrans materialları çapdan çıxıb”; “İslamda quban ibadəti”; “Azərbaycan Respublikasının Konstitusiyası fars dilinə tərcümə edilib” başlıqlı məqalələr işıq üzü görüb.

Qəzetin müxtəlif səhifələrində İnstitut əməkdaşlarının “İslam elmlərinin inkişafında azərbaycanlı alimlərin rolu”; “Mən iki fərqli sivilizasiyanın övladıyam”; “Mötədilliyin fəlsəfi əsasları”; “Pozitiv və dini əxlaq haqqında faydalı qeydlər”; “İkinci müəllim və görkəmli filosof Əbu Nəsr Farabi (872/3-950)”; “Çingiz torpağın köksünə “azadlıq toxumu səpdi”...” başlıqlı məqalələr var.

“Hərbi pilotumuz dəfn edildi” xəbəri “İlahiyyatçı” qəzetinin avqust buraxılışının son səhifəsində yer alıb.

Məlumat üçün bildirək ki, “İlahiyyatçı” qəzetinin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR