Dərc edildi: Baxış sayı: 388
AİBA-dan azərbaycanlıya böyük etimad
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinə üzv seçilib.
Publika.az xəbər verir ki, özbəkistanlı Qafur Rəhimov isə AİBA-nın prezidenti seçilib. Bu ilin yanvarından prezident vəzifələrini icra edən Q.Rəhimov seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.
Qurumun Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində ölkəmiz Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub.
ABF-in vitse-prezidenti S.Mikayılov növbəti 4 il üçün AİBA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. O, ardıcıl üçüncü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.
Qeyd edək ki, İcraiyyə Komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət