Slimfit
  1. CƏMİYYƏT

AİB Azərbaycana 780 milyon ayırmağa hazırdır

AİB Azərbaycana 780 milyon ayırmağa hazırdır
Sakura

AİB Azərbaycana 780 milyon ayırmağa hazırdır

Asiya İnkişaf Bankı (AİB) 2021-2023-cü illərdə Azərbaycana ümumilikdə 780 milyon dollar məbləğində kredit ehtiyatları ayırmağa hazırdır.

Ens.az Axar.Az-a istinadən xəbər verir ki, biznes-plana əsasən, 2021-ci ildə AİB təhsil, irriqasiya, biznesin dəstəklənməsi, iqtisadi islahatlar və dəmir yollarının inkişafı sahələrində layihələrin reallaşdırılması üçün kreditlər ayıracaq.

Qeyd olunur ki, 2021-ci ildə 85 milyon dollar, 2022-ci ildə 370 milyon dollar, 2023-cü ildə isə 325 milyon dollar kreditin ayrılması nəzərdə tutulur.

Bundan başqa, AİB 2021-2023-cü illərdə Azərbaycana 4,5 milyon dollar məbləğində texniki yardım göstərəcək.

Qeyd edək ki, Azərbaycan hökuməti öz növbəsində irriqasiya və drenaj sistemlərinin inkişafına layihələrinə əlavə 15 milyon dollar ayırıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Cənub dəmir yolu sahəsinin bərpasına isə hökumət 20 milyon dollar ayırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR