Dərc edildi: Baxış sayı: 224
Aİ səfiri Ukraynaya yardıma görə Azərbaycana təşəkkür etdi
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizə Ukraynaya növbəti humanitar yardım göndərdiyinə görə təşəkkür edib.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki bu barədə Aİ səfiri tviterdəki hesabında qeyd edib.
“Ukraynaya növbəti humanitar yardım göndərdiyi üçün Azərbaycana dərin təşəkkür edirəm. O, dəhşətli cinayətin fəsadlarına, Kaxovka bəndinin dağıdılmasına müqavimət göstərməyə kömək edir.Rusiya təcavüzkarları cavab verəcəklər. Mülki infrastrukturun məhv edilməsi müharibə cinayətidir”, - Peter Mixalko qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət