Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə nələr daxildir? - KİV AÇIQLADI
Avropa İttifaqı (Aİ) yeni, 11-ci anti-Rusiya sanksiyalar paketi çərçivəsində bəzi malların Rusiya ərazisindən tranzitinə yasaq qoyulmasını təklif etmək niyyətindədir.
“Ölkə.az” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər ilk növbədə Rusiyanın Ukrayna müharibəsində istifadə edə biləcəyi iddia edilən yüksək texnologiyalı malların geniş çeşidinə və bəzi nəqliyyat vasitələrinə şamil ediləcək.
Paketə 30-a yaxın yeni vəzifənin, habelə Rusiyanın müəyyən şirkət və təşkilatlarına əlavə məhdudiyyətlərin daxil ediləcəyi gözlənilir. Agentlik qeyd edib ki, “Rosatom” Dövlət Korporasiyası, çox güman ki, bu sanksiyalar siyahısına daxil edilməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət