Slimfit
  1. DÜNYA

Aİ Moskva ilə Tehran arasında hərbi əməkdaşlıqdan narahatdır

Aİ Moskva ilə Tehran arasında hərbi əməkdaşlıqdan narahatdır
Sakura

Aİ Moskva ilə Tehran arasında hərbi əməkdaşlıqdan narahatdır

Aİ diplomatiyasının rəhbəri Josep Borrel İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı keçirərək Tehran və Moskva arasında hərbi əməkdaşlıqdan narahatlığını bildirib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, o, İranı insan haqlarına riayət etməyə və ölkə həbsxanalarında olan Avropa vətəndaşlarını azad etməyə çağırıb.

Borrel bu barədə çərşənbə axşamı “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.

“Mən nazir Abdullahian ilə digər məsələlərlə yanaşı, avropalı məhbusların azad edilməsinin və fundamental insan hüquqlarına hörmətin təmin edilməsinin vacibliyi haqqında danışdım. Biz İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə dialoqu müzakirə etdik”, - Borrel yazıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR