Slimfit
  1. MEDİA

Ahıl və tənha qocaların Bakıətrafı kəndlərə gəzintisi təşkil edilib

Ahıl və tənha qocaların Bakıətrafı kəndlərə gəzintisi  təşkil edilib
Sakura

Ahıl və tənha qocaların Bakıətrafı kəndlərə gəzintisi təşkil edilib

“Gender bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ahıl və tənha insanların gəzintisinin təşkili” layihəsinin növbəti turunu Bakıətrafı Mərdəkan, Qala və Şüvəlan kəndləri ilə tanışlığa sərf edib.

İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tur zamanı ərazidə olan qədim tarixi abidələr, o cümlədən Qala kənd muzeyi, Mərdəkan qalaları və 1895-1920-ci illərdə məşhur xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı kimi tanınan Milli Elmlər Akademiyasının Mərdəkan Dendrarisində gəzinti iştirakçılarda maraqlı təəssürat oyadıb.

Gəzinti başa çatandan sonra qocalar Şüvəlanda nahar süfrəsindən sonra çimərlikdə gəzintiyə çıxıblar və çay süfrəsinə dəvət olunublar.

Layihənin əsas məqsədi ahıl və tənha qocaların qayğısına qalmaq, onları diqqət və qayğı ilə əhatə etmək, vaxtlarının əyləncəli və dolğun keçirilməsinə nail olmaqdan ibarətdir. Gəzinti turu başa çatandan sonra ahıl və tənha qocalar səfərdən məmnun qaldıqlarını bildirib və belə tədbirlərin mütəmadi təşkil olunmasını arzu ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR