Slimfit
  1. CƏMİYYƏT

Ağsuda 20 Yanvar faciəsinin qurbanları anılıb

Ağsuda 20 Yanvar faciəsinin qurbanları anılıb
Sakura

Ağsuda 20 Yanvar faciəsinin qurbanları anılıb

Ağsu rayonunda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbir rayonun Qəhrəmanlar parkında baş tutub.

Mədəniyyət işçilərinin ifasında qanlı faciəyə, Azərbaycana, Milli Ordumuza həsr edilən şeirlər səsləndirilib.

Sonra şəhidlərin xatirə kompleksində əbədi məşəlin önünə rayon icra hakimiyyəti adından əklil qoyulub, insanlar sıx cərgələrlə xatirə kompleksinə qərənfillər düzüblər.

Daha sonra izdiham şəhərdəki şəhid məzarlığına gələrək qəbirlərin üzərinə çiçəklər qoyub, Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR