Ağrını hiss edə bilən həqiqi uşaq robot
Yaponiyada Osaka Universitetinin alimlər, toxunmağa reaksiya verən və ağrını hiss edə bilən bir robot yaratdılar. Affetto adlı uşaq robot, insanların robotlarla olan qarşılıqlı təsirini yaratmaq üçün hazırlandı.
Bu robot ilk olaraq 2011-ci ildə tanıdılmışdı. Yaradıcı qrup yaxın zamanda robota sintetik dəri əlavə edərək təzyiqdəki dəyişiklikləri müəyyən etməsini təmin etdi. Minoru Asada rəhbərliyi altında olan araşdırmaçılar bu barədə belə deyib: "Mühəndis və alimlər yeni bir toxunma sensoru yaratdı və onu bədən skeletinə sahib olan Affetto adlı uşaq robota tətbiq etdi".
Affetto, qəbul etdiyi siqnallarla yumşaq və sərt toxunuşları ayırd edə bilir. Araşdırmalar Affettoya əlavə olunan dəri sensorlarının, robotun ağrıdan uzaq durmağa köməkçi olduğunu göstərir. Affetto, toxunmalara gülümsəyərək, qaşqabağını tökərək və üzünü turşudaraq reaksiya verir.
Mənbə: Milli.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət