Dərc edildi: Baxış sayı: 1006
Ağrıkəsicilər öldürə bilər?
İllərlə ağrıları dərmanla aradan qaldırmaq cəhdi ciddi bir xəstəliyin diaqnozunu çətinləşdirir, hətta qeyri-mümkün edir...
Gənclərdə akut (ani) ağrı, yaşlılarda isə xroniki (davamlı) ağrılar çoxdur. Xüsusilə 60 yaşından sonra ağrı sıxlığı yüzdə 25-50, 70-dən sonra isə bu nisbət yüzdə 80-ə qədər çıxmaqdadır. Ağrı sıxlığı, yaşla birlikdə artır. Yaşlılarda ağrı həyat keyfiyyətini pozur, depressiyaya, yuxu pozuqluqlarına yol açır, ümumi sağlamlıq vəziyyətinə son dərəcə mənfi təsir edir.
Bir yerimiz ağrıyan kimi adi bitkilərdən istifadə etmək yerinə, tez ağrıkəsicilərə üz tuturuq. Hətta gün ərzində bu ağrıkəsicilərdən 4-5 ədəd içənlər də var. Bu gün inanmaq olmur ki, kiminsə evində ağrıkəsici olmasın.
NİYƏ? Çünki ən asan çıxış yoludu. Ancaq bilin ki, istifadə edilən ağrıkəsici dərmanlar mədə-bağırsaq sistemini sıradan çıxarır, böyrəklərə çöküntü verir, qanı parçalayır, sümük iliyinə toksik təsirlər göstərir.
SUAL 1: Ağrıya səbəb olan xəstəliklər hansılardır?
- Ağrının səbəbi orqanik və ya psixoloji ola bilər. Orqanların və toxumaların iltihabı olan xəstəliklər ağrıya yol aça bilər. Həmçinin psixoloji ağrılar da vardır ki, bud a daha çox əzələ gərginliyi yaradır.
SUAL 2: Cəmiyyətdə çox sıx görülən baş ağrılarının səbəbləri nədir?
- Xüsusilə gənclərdə miqren və gərginlik tipli baş ağrıları çox olur. Bunlar isə daha çox psixoloji gərginliklər nəticəsində yaranır. Yaşlılarda ortaya çıxan revmatizm xəstəliyi, şiş və qanama kimi səbəblərə də ayırıca diaqnoz qoyulmalıdır.
SUAL 3: Revmatizmə qarşı ağrıkəsici dərmanlar əks təsirlər verə bilərmi?
Gündə 1.5-2 litr su içilməsi sağlamlıq baxımından faydalıdır. Lakin qısa müddətdə 10 litr su içilsə, su zəhərlənməsi deyilən problem yaranar. Qanda natrium azalar və bu ölümlə də nəticələnə bilər. Aspirin qan durulducu oldğu üçün həkim məsləhəti ilə müəyyən dozadan artıq qəbul etmək salisilizm deyilən zəhərli maddəyə çevrilər. Bu da orqanizmə mənfi təsir edər. Nə qədər içilməsi bütün dərmanların dozasına bağlıdır.
SUAL 4: Ağrıkəsici olaraq hansı dərmanların istifadə edilməsi məsləhətdi?
- Dünya Səhiyyə Təşkilatı təklif edir ki, "Aspirin”, "Parasetamol” və "Nonsteroid” revmatizmə qarşı ilk mərhələdə istifadə oluna bilər.
SUAL 5: Aspirini ağrıkəsici olaraq istifadə etmək olarmı?
- "Aspirin” ağrıkəsici, atəşsalıcı xüsusiyyətlərə malikdi. Mikrobik olmayan iltihabı aradan qaldırmaq üçün ıcı olaraq sıx istifadə edilir. Orta şiddətdə ağrılarda 0.5 qram aspirin ilə ağrı 2-3 saatda keçə bilir. Ən əsası yan təsiri mədədə , yanma, xora, gastrit və qanamalara yol aça bilər. Aspirin ayrıca Gut xəstəliyini və astma xəstəliyini tətikləyə. 0.5-1 qram aspirin ağrı kəsər və atəşi salarkən, 4 qram kimi aspirin dozası isə mikrobik olmayan iltihablara qarşı təsirlidir.
SUAL 6: Bəs "Parasetamol”u necə?
- "Parasetamol” Dünya Səhiyyə Təşkilatının ağrının ilk mərhələsi üçün məsləhət gördüyü dərman qrupudur. Ağrıkəsmə gücü "Aspirin”ə nisbətən azdır. Qızdırmanı salır. Antirematizmal təsiri isə məhduddur. Mədə və bağırsaq qanamalarına yol açmaz. "Parasetamol” ən tez-tez istifadə olunan ağrı kəsicidir. Digər dərmanlarla uyğunlaşdırılıb istifadə edilir.
SUAL 7: "Metamizol”u ("Novalgin”) ağrıkəsici kimi istifadə etmək olarmı?
- "Metamizol” yaxşı ağrıkəsici və atəşdüşürücüdür. 10 qram dozanın üzəri isə öldürücü təsirə malikdir. Müalicəedici dozalarda belə sümük iliyinə toksik təsir göstərə bilir. Buna görə də bəzi ölkələrdə qadağan edilib.
SUAL 8: Dərmanlardan istifadə edərkən nəyə diqqət etmək lazımdır?
- Ağrıkəsici dərmanlar uyğun dozada qəbul edilərsə, böyrəklərdə ciddi problemlərə yol açmaz. Böyrək narahatlığı olan insanlarda bu dərmanlar böyrək çatışmazlığına yol aça bilər. Mədədə narahatlıq yaratdığından, mədə göynəməsi və böyrək rahatsızlığı kimi şikayəti olanlar bu cür dərmanlar istifadə etməməlidir.
Qeyd: Təbii otlardan ağrıkəsici kimi istifadə etmək istəsəniz, bu otları yağları alıb evə qoymağınız məsləhətdi.
Anason -0.5 ç.q
Nanə - 0.5 ç.q.
Çobanyastığı - 0.5 ç.q
Mixək dəmlənilir, gün ərzində 2 fincan içilir. (Bu baş-boyun sıxılmalarına, sancı kimi ağrılara yaxşı təsir edəcək.)
Nanə - 0.5 ç.q.
Çobanyastığı - 0.5 ç.q
Mixək dəmlənilir, gün ərzində 2 fincan içilir. (Bu baş-boyun sıxılmalarına, sancı kimi ağrılara yaxşı təsir edəcək.)
Massaj üçün isə küncüt yağı - 1ç.q
Mixək yağı - 1ç.q
Melisa yağı - 1ç.q
Dəfnə yarpağı yağı - 1ç.q
Bu yağlar revmatizm, ostraxandroz kimi ağrılara kömək edəcək. Massaj edin və üzərinə isidici yastıq qoyun.
Mixək yağı - 1ç.q
Melisa yağı - 1ç.q
Dəfnə yarpağı yağı - 1ç.q
Bu yağlar revmatizm, ostraxandroz kimi ağrılara kömək edəcək. Massaj edin və üzərinə isidici yastıq qoyun.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət