Dərc edildi: Baxış sayı: 642
Ağqızoğlu Piri - Saxla
Gəl ey qələbəyi Məhəmmədxan bəy,
Əgər səyyad isən, bərəni saxla!
Nağaraxananın yolların gözlə,
Boşşalıdan gələn dərəni saxla!
Evlərdə məst, başmaq satanı qoyma,
Çaxır içib, sərxoş yatanı qoyma,
Özünə qardaşlıq tutanı qoyma,
Qonaq üçün çörək verəni saxla!
Dost dostun yolunda düşər ziyana,
İgid gərək tab gətirə, dayana,
Nağaraxanadan bir az bu yana,
Zalım, (sən) cəhd eylə, oranı saxla!
Sən mənim sözümə heç gətirmə şək,
Bizim evlərdə də gəl görün tək-tək,
Dirrik-tərəvəzə yaxşı keşik çək,
Kişniş, şüyüt, təzə tərəni saxla!
Ağqız oğlu Piri, sən məni əkmə,
Özgənin yurdunda o damı tikmə,
Qeyri gözəllərdən heç fikir çəkmə,
Sən elə o gözü çərəni saxla!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət