Dərc edildi: Baxış sayı: 1691
Ağlasın
Yaz gəlir, açılır güllər-çiçəklər
Lalə yanağında şehlər ağlasın.
Can verdim qoynunda tər bənövşənin
Büküb boynunu, qoy o ağlasın.
Bacım yox ki, ağlasın məni bu anda
Səs verin səsinə anam ağlasın
Çatın imdadına anamın mənim
Qoymayın ay ellər, o tək ağlasın.
Qarabağ xalqımın böyük dərdidir
Dərdləri olanlar gəlib ağlasın.
Bütün şəhidlərin anası gəlsin
Qoşulub anama bizi ağlasın.
Şəhidəm mən, Azərbaycan oğluyam
Vətən ağa, mənsə onun quluyam.
Aqşinəm, anamın gözün nuruyam
Qıymayın o gözlər qəmdən ağlasın.
02/03/2017
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət