Dərc edildi: Baxış sayı: 13856
Ağızda davamlı, xüsusən səhərlər çox hiss olunan acılıq, zəhər dadı əgər hər hansı dərman, qida qəbulu…
Ağızda davamlı, xüsusən səhərlər çox hiss olunan acılıq, zəhər dadı əgər hər hansı dərman, qida qəbulu ilə bağlı deyilsə, həkimə getməyə ciddi səbəbdir.
Çox insanlar buna əhəmiyyət vermir, amma nahaq.
Medicina.az ağızda acı zəhər tamının yaranma səbəblərini araşdırıb.
Bu əlamətin səbəbləri müxtəlif ola bilər:
-Qaraciyərdə pozğunluq
-Mədə-bağırsaq problemləri
-Öd axarlarının tutulması
-Antibiotik qəbulu
-Bağırsaqlarda mikrobların çoxalması
-Damaq, diş xəstəlikləri
Əgər ağızda acılıq yalnız səhərlər olursa və sağ qabırğaaltında ağrı da varsa, o zaman təcili qaraciyər yoxlanmalıdır.
Diaqnostika:
Ilk növbədə pasiyent LOR və stomatoloq qəbulundan keçib üzdə olan problemləri istisna etməlidir.
Daha sonra hepatoloq, qastroenteroloqdan keçib, müəyyən müayinə və analizlər olunmalıdır. Daxili orqanlar USM edilir, mədə-bağırsaq, öd yolları yoxlanılır.
Müalicəsi
Problem qaraciyər və ödlə bağlıdırsa, müəyyən pəhriz, qidalanma və dərmanlar təyin olunur. Qaraciyər və ödün normal funksiyası təmin olunmalıdır.
Bəzi hallarda hamilə qadınları ağızda acılıq narahat edir. Bu, hamilələrdə hormonal dəyişikliklərlə bağlıdır.
Bu problemin həllində əsas çıxış yolu qidalanmadır: rasionda qızartma yeməklər, yağlı qidalar, şirniyyat, duzlu-acılı ərzaqlar azaldılır.
Ağızda metal dadı
Ağızdan metal tamının gəlməsi də çox rast gəlinir. Əgər bu hal tez-tez və uzun müddətdirsə, stomatoloqa gedin. Dişlərin müalicəsində istifadə olunan metalların təsirindən Qalvanik sindrom yaranır.
-Orqanizmə duz, ağır metalların daxil olması və toksinləşməsi də ağızda metal qoxusu yaradır. Həmçinin qan analizi vermək lazımdır: anemiya, qan azlığı da ağızda metal dadı verir.
-Ağciyərlər, baş beyin, onkoloji xəstəliklərdə də ağız dadı dəyişir. Ona görə maksimum ehtiyatlı olmaq lazımdır.
-Odur ki, əgər ağzınızda aylardır davam edən kəskin tam, acılıq, metal dadı varsa, həkimə gedib, müəyyən analizlərdən keçin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox