Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ağız qoxusu ilə əlaqədar nələri bilməliyik?

Ağız qoxusu ilə əlaqədar nələri bilməliyik?
Sakura

Araşdırma

Əksər hallarda ağız içi və ya həzm sistemi ilə əlaqədar problemlərdən qaynaqlandığı düşünülən ağız qoxusu, sinuzit, badamcıq, faringit kimi xəstəlikləri səbəbiylə də ortaya çıxa bilər.

Fərqli xəstəliklərin xəbərdar edən ağız qoxusu, insanda özünə inamın itməsinə səbəb olaraq sosial həyata da mənfi təsir edə bilir.

Ağız gigiyenası ilə birlikdə diş və dil təmizliyinə diqqət edilməsi yaranan ağız qoxusunun aradan qaldırılmasında mühüm yer tutur. Ağız və diş sağlamlığından qaynaqlanmayan ağız qoxuları isə, badamcıq, sinüzit kimi xəstəliklərinin xəbərçisi ola bilər.

Sinusit ağız qoxusu ilə yanaşı insanın özünü halsız hiss etməsinə, baş ağrılarına, burun axıntısına səbəb olur. Xüsusilə xroniki sinusit ağız qoxusu xəstələrinin əksəriyyətinin əsas şikayətlərindən sayılır.

Badamcıq daşları da ağız qoxusunun mühüm səbəblərindən biridir. Badamcıq daşları, badamcıqların məsamələrini dolduran ölü toxumaların, ifrazat və yemək qalıqlarının yığılması səbəbiylə formalaşır. Tərkibində kalsium və maqnezium ola bilər. Ağızda çürük yumurtaya bənzər bir qoxu olmasının səbəbi isə badamcıq daşlarını örtən bakteriyalardır.

Yuxarı tənəffüs yolu xəstəliklərindən sinusit, faringit, xroniki tonsillit, burun tıxanmaları və ya tənəffüs yolunda ortaya çıxan şişlər də ağız qoxusuna səbəb ola bilir.

Ağız qoxusunun yalnız səhər saatlarında rast gəlinən vəziyyətlər ümumiyyətlə yuxu əsnasında tüpürcək axınının azalmasından irəli gəlir. Yuxu əsnasında ağzın açıq qalmasıyla ibarət quruluq, bakteriya və buna bağlı olaraq qaz nisbətinin çoxalmasına səbəb olur.

Gün ərzində tez-tez azalan bu cür ağız qoxularını aradan qaldırmaq üçün bol su içərək, ağızın nəmli qalması təmin edilməlidir. Ağız quruluğuna səbəb olan burun əyriliyi, burun əti böyüklüyü və ya allergiya kimi vəziyyətlər aradan qaldırılmalıdır. Tüpürcək ifrazını artırması üçün limon yemək ya da şəkərsiz saqqız çeynəmək səhərlər yaranan ağız qoxusunu aradan qaldırmaq üçün təsirlidir.

Ağız quruluğu diş və dişəti infeksiyaları, siqaret, spirtli içkinin istehlakı kimi faktorların təsirilə dilin üst səthində funksiya pozğunluğu baş verə bilir.

Dil üzərində toplanan bakteriyaların tüpürcək və qidalardan gələn zülalları uçucu kükürdlü birləşmələrə çevirməsi narahatedici ağız qoxuları yaradır.

Qidalanmasında daha çox bitki mənşəli məhsullar olan insanlara nisbətən ətin istehlakına üstünlük verən insanlarda protein itkisi daha çox olduğu üçün narahat edici ağız qoxusu yarada bilər.

 

Ağız qoxusundan qorunmaq üçün bunlara əməl edin:

Diş və dil üstü gündəlik müntəzəm fırçalamaq,

Diş araları diş ipi ilə təmizlənməli,

Siqaret və spirtli içkilərdən istifadə etməməli,

Ağızın içinin rütubətli saxlanılması üçün bol su sərf edilərək, şəkərsiz saqqız çeynəməli,

Sarımsaq, soğan, kəvər, kələm kimi ağız qoxusunu artıran yeməklər daha az istehlak edilməli,

Gecə gec saatda qidalar qəbul etmək reflyuks şikayətlərini artıran hallardan uzaq durmalı,

Şikayətlər keçmirsə, mütləq mütəxəssisə müraciət edilməlidir.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR