Slimfit
  1. İDMAN

Ağır atletika üzrə respublika turniri keçiriləcək

Ağır atletika üzrə respublika turniri keçiriləcək
Sakura

Ağır atletika üzrə respublika turniri keçiriləcək

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə respublika turniri keçiriləcək. SİA-nın məlumatına görə, şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak edəcəklər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyənləşdiriləcək. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunacaq.

Xatirə turnirinin təşkilində məqsəd Hacıbaba Əsgərovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR