Slimfit
  1. TEXNOLOGİYA

Ağıllı şərf təqdim olunub

Ağıllı şərf təqdim olunub
Sakura

Ağıllı şərf təqdim olunub

Dünyaca məşhur Xiaomi şirkəti ətraf mühitin temperaturuna əsaslanaraq, istilik intensivliyini tənzimləyən ağıllı şərf təqdim edib.

TED.az xəbər verir ki, şərf daşınan qurğu wi-fi və ya bluetooth vasitəsilə smartfona qoşulacaq. Bununla birbaşa mobil proqramda isitmə dərəcəsini və şərfin boyuna dolanma intensivliyini təyin etmək mümkün olacaq.

Qurğunun iş prinsipi şərfin orta hissəsində infraqırmızı istilik buraxan kiçik yumşaq lövhənin olmasına əsaslanır. Temperatur qidalanma elementlərinin gücündən asılı olaraq, təxminən 40-45 dərəcə təşkil edəcək.

İstehsalçılar bildiriblər ki, ağıllı şərf həm də şaxtalı hava üçün uyğundur.

Qeyd edək ki, ağıllı aksessuarın satış reytinqini proqnozlaşdıran ekspertlər onun geniş miqyasda yayılmasına əmin olmadıqlarını bildiriblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR