Slimfit
  1. DÜNYA

"Ağıllı şəhər" texnologiyasına qlobal investisiyalar iki dəfə artacaq

"Ağıllı şəhər" texnologiyasına qlobal investisiyalar iki dəfə artacaq
Sakura

"Ağıllı şəhər" texnologiyasına qlobal investisiyalar iki dəfə artacaq

"IDC" analitik şirkəti "ağıllı şəhər" layihələrinin həyata keçirilməsi üçün qoyulan investisiyaların təxminən iki dəfə artımını proqnozlaşdırır. Gözləntilərə görə, 2018-ci ildə dünyada "ağıllı" şəhər infrastrukturunun yaradılması təşəbbüslərinə 81 milyarddan çox ABŞ dolları xərclənəcək, 2022-ci ildə bu məqsədlər üçün qlobal xərclər 158 milyard dollara yaxınlaşacaq.

AZƏRTAC xəbər verir ki, coğrafi baxımdan Çin və Yaponiyanın daxil olduğu Asiya-Sakit okean regionu "ağıllı şəhər" texnologiyalarının tətbiqinə ən böyük töhfə verəcək. Əhəmiyyətinə görə Amerika ikinci, Avropa, Yaxın Şərq və Afrika isə üçüncü region olacaq.

ABŞ "ağıllı şəhər" proqramlarına yatırımlar üzrə lider ölkə olacaq: 2018-ci ildə ABŞ müvafiq layihələrə 23 milyard dollardan çox vəsait xərcləyəcək. Çin ikinci yeri tutacaq.

Meqapolislər arasında Sinqapur, Tokio, Nyu-York, London və Şanxay "ağıllı" şəhər infrastrukturunun tikintisinə daha çox investisiya qoyacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR