Slimfit
  1. TEXNOLOGİYA

“Ağıllı” məişət texnikası üçün yeni prosessor yaradılıb

“Ağıllı” məişət texnikası üçün yeni prosessor yaradılıb
Sakura

“Ağıllı” məişət texnikası üçün yeni prosessor yaradılıb

“LG” şirkəti süni intellektli evlər üçün qurğuların hazırlanmasının sürətləndirilməsi üzrə strategiya çərçivəsində yeni xüsusi prosessor yaradıb.

ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “AI Chip” adlı qurğuya “Neural Engine” prosessor bloku daxildir. “Neural Engine” sayəsində yeni həll insan beyninin neyron şəbəkəsini daha yaxşı imitasiya edə bilir. Bundan başqa, təlim alqoritmlərinin dərin siqnallarının emalı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Məlumata görə, yeni prosessor həm təsvirlərin emalı və müəyyənləşdirilməsi, həm də emosiyaların tanınması daxil olmaqla səsin emalı üçün nəzərdə tutulub. Bundan əlavə, prosessorun ətraf mühitdə fiziki və kimyəvi dəyişiklikləri aşkarlaması maraq doğurur.

Cənubi Koreya istehsalçısının nümayəndələrinin sözlərinə görə, yeni prosessordan istifadə edəcək qurğular internetə qoşulmadan məlumatları emal edəcək.

“AI Chip” prosessorunun “LG” şirkətinin robot tozsoran, paltaryuyan maşın, soyuducu və kondisioner kimi gələcək qurğularında tətbiq ediləcəyi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR