Slimfit
  1. MARAQLI

Ağıllı insanların xoşbəxt olmamalarının altında yatan 6 səbəb

Ağıllı insanların xoşbəxt olmamalarının altında yatan 6 səbəb
Sakura

Ağıllı insanların xoşbəxt olmamalarının altında yatan 6 səbəb

“Ağıllı insanlarda xoşbəxtlik ən nadir rastlaşdığım şeydir” – Ernest Heminquey

Həyatımızda hər şey yaxşı gedərkən bir anda özümüzü yalnız, qəmgin və çarəsiz hiss edə bilərik. Ağıllı insanların günün böyük hissəsində yaşadığı bu vəziyyəti “xoşbəxt olmamaq” olaraq adlandırırıq. Ağıllı insanların yaşadığı xoşbəxt olmama sindromunun altında yatan səbəblər bunlardır:

1) Hər şeyi həddən artıq çox analiz edirlər

Gündəlik həyatlarında ya da iş həyatlarında başlarına gələn hər situasiyada çox düşünməyə meyllidirlər. Düşünmə müddətləri bir çox insanla müqayisədə uzundur. Nəticələri onları kədərləndirsə də düşünməkdən əl çəkməzlər. Ətraf mühit problemləri ilə çox maraqlanırlar. Ətrafa laqeyd münasibət göstərmiş kimi görünsələr də, ən çox maraqlananlar onlardır.


2) Yüksək standartlara sahibdirlər

Ağıllı insanlar nə istədiklərinin fərqindədirlər və istəklərinin reallaşmasını istəyərlər. Az ilə kifayətlənməzlər. Ehtimal varsa, daha çox istəyirlər. Dostluq münasibətləri, ailə və ya iş münasibətləri olsun daha çoxunu istəməkdə çəkinməzlər. İstəkləri onları idealist düşüncələrə çəkər. Bir ideal yaradarlar və arxasınca gedərlər. Gözləntiləri həyatın reallığı qarşısında məğlubiyyətə uğradıqca onlar üçün də xəyal qırıqlığı qaçınılmaz olar.


3) Özlərinə qarşı sərtdirlər

İdeal düşüncələri və ya həyat tərzləri olsun bunları tətbiq etməyə cəhd edərkən özlərinə qarşı çox sərt olurlar. Dərin düşüncəyə sahib insanlar, uğursuzluqları qarşısında özlərini günahkar sayarlar və həssas bir şəkildə analizinə başlayarlar.


4) Daima axtarış içindədirlər

Ağıllı insanlar daima bir axtarış içindədirlər. Əl çatmaz olan məqsədlərin arxasınca qaçmaqdan zövq alarlar. Həyatdakı kiçik şeylərin olması onlar üçün yetərsizdir, kiçik şeylərin arxasınca qaçmazlar. Öyrəndikləri reallıqlar ya da sahib olduqları məlumatlar onlar üçün yetərsizdir. Daima bir öyrənmə aclığı var.


5) Ünsiyyət problemi yaşayarlar

Qarşısındakı insan tərəfindən tam olaraq başa düşülməmək insanın əhvalını korlayan bir vəziyyətdir. Ünsiyyət insanlar arasında qarşılıqlı təsir yaradır. Ağıllı insanlar çox vaxtı bu qarşılıqlı təsirdən məhrumdurlar. Öz fikirlərini bir başqası ilə paylaşdıqları zaman üzə vurmasalar da əksikliklərini hiss edərlər.


6) Bir qisminin psixoloji problemləri var

Sosial narahatlıq və ya stres kimi bəzi problemlərlə üzləşmək məcburiyyətində qalırlar. Aparılan bir çox araşdırma İQ səviyyəsinin yüksək olmasının bəzi xəstəliklərə səbəb olduğunu ortaya çıxartmışdır. Bu vəziyyətdə ağıllı insanlar yaradıcı düşüncələrini tam şəkildə qətiləşdirə və ya parlaq fikirlərini gün işığına çıxara bilmirlər.

 

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR