Ağıllı günəş elektrik stansiyası hazırlanıb
Xeberler.az bildirir ki, İsveçrə Federal Texnologiya İnstitutunun mühəndisləri binaların fasadları üçün “ağıllı” günəş batareyaları hazırlayıblar. Şaquli və üfüqi fırlana bilən panellər cari dövrdə otaqları optimal dərəcədə isitmək və sərinlətmək məqsədilə günəşə tərəf lazımi nöqtəni seçir.
İnstitutun saytında qeyd edilir ki, professor Arno Şlyuterun rəhbərlik etdiyi elmi qrup hava şəraitindən asılı olaraq, binanın divarlarına düşən günəş şüasının miqdarını tənzimləyən elektrik enerjisinin generasiyası üçün hərəkətli günəş panelləri sistemi hazırlayıb. İsti yay günlərində bu sistem fasada bərkidilmiş statik günəş panellərindən daha məhsuldardır.
“İnnovativ fasad yüngül polad burazlardan ibarət tora bərkidilmiş bir çox hərəkətli günəş panelindən ibarətdir. Həmin panellər yumşaq avtomatlaşdırılmış elementlərin köməyilə şaquli və üfüqi şəkildə öz vəziyyətlərini dəyişdirir”, – deyə alimlər bildiriblər. Onların sözlərinə görə, məhz bu avtomatlaşdırılmış elementlər sistemin özəyidir. Avtomatlaşdırılmış elementlər hava dəyişikliklərinə qarşı dayanıqlıdır, hətta fırtına onlar üçün qorxulu deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət