Ağıllı əlil arabası
Əlil insanlara yardım etmək üçün Pakistanın mühəndislik fakültəsinin tələbələri əmrləri yerinə yetirən əlil arabası hazırlayıblar.
“Zərurət ixtiranın anasıdır” deyərlər və bu, Faiz Ərbabı üçün bir təkan olub. “Mənim nənəm vanna otağında yıxılandan və zədə alandan sonra mən onun nə qədər çarəsiz və kimdənsə asılı olduğunu düşündüm. Mən fikirləşdim ki, onun üçün müstəqil hərəkət edən əlil arabası necə olardı?"
Faiz Ərbab Lahorun İdarəetmə Elmləri universitetinin mühəndislik fakültəsinin tələbəsidir. O, öz fikrini "Milli İnkubasiya Mərkəzi"nə bildirib və bir qrup yaradaraq, işə başlayıb.
Onlar əmrləri yerinə yetirən “Gobee” (Qobi) adlı bir əlil arabası düzəltdiblər. “Bu, dünyada əmrlərə itaət edən ilk əlil arabasıdır. Bu, ağıllı arabadır. Bu arabanı 30 metr məsafədən idarə etmək olur” deyə, Faiz bildirir.
Qrupun üzvü Məhəmməd Amaz Nasir: “Xəstəyə onun arabasını yanına gətirmək üçün kimsə lazım olur, hətta araba elektrik olsa belə. Bu araba üçün isə keç kimə ehtiyac yoxdur.”
Hazırda “Gobee” 800 dollara yaxındır. Lakin Faiz qiymətin düşəcəyinə ümid edir. “Yavaş-yavaş, lakin mütləq. Biz qiymətin düşəcəyinə və kütləvi istehsala başlayacağımıza ümid edirəm.”
“Gobee” app-lədir və onu smartfonla da idarə etmək olur. Bu əlil arabası iyun ayında marketə çıxarılıb və müxtəlif şirkətlər bu texnologiyaya artıq göstərməyə başlayıb. “Bu texnologiyanı almaq üçün bizə hətta Çin və Yaponiyadan da zəng edirlər. Biz bu əlil arabalarını sakinlərimizə satmaq üçün hökumətimizdən yardım və dəstək gözləyirik.”
Faiz Ərbab bu layihəsinin əlil arabası ilə bitməyəcəyini deyir. Növbəti addım isə bütün ölkəni əlillər üçün yararlı vəziyyətə gətirməkdir.
Mənbə: Amerikaninsesi.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət