Slimfit
  1. CƏMİYYƏT

Agentlikdən xərclənən artıq vəsait iddiasına - CAVAB

Agentlikdən xərclənən artıq vəsait iddiasına - CAVAB
Sakura

Agentlikdən xərclənən artıq vəsait iddiasına - CAVAB

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, MEDİA Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçirilməsi zamanı tender yolu ilə xərclənən vəsaitin artıq olması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qurumdan verilən açıqlamaya görə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət satınalmaları tətbiq şərtlərindən asılı olaraq müxtəlif metodlarla həyata keçirilə bilər:

“Tender, təkliflər və kotirovka sorğusu kimi bir mənbədən satınalma da qanunla müəyyənləşdirilən metodlardan biridir. Belə ki təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda həmin təşkilatın qeyd olunan metoddan istifadə etmək hüququ vardır.

Beləliklə, MEDİA Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına  üzv dövlətlərin və müşahidəçi dövlətin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin III toplantısının, habelə Şuranın media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VIII iclasının 9-11 aprel 2021-ci il tarixlərində Bakı şəhərində keçirilməsinin təşkili məqsədilə istinad olunan hüququndan istifadə edib, yaşadığımız tarixi mərhələdə xüsusi əhəmiyyət kəsb edən beynəlxalq səviyyəli tədbir həm yerli, həm də xarici mediada geniş işıqlandırılıb”.

“Təəssüflə qeyd etmək istərdik ki, cəmiyyətdə baş verən hadisələrin mediada ədalətli, balanslı, obyektiv və qərəzsiz işıqlandırılması jurnalistikanın ən başlıca vəzifələrindən olsa da, peşəkar və məsuliyyətli jurnalistikanın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bir sıra media nümayəndələri tərəfindən hələ də tam mənimsənilməyib.

İnanırıq ki, media sahəsində həyata keçirilən və Agentliyin də əsas tərkib hissəsi olduğu islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək və ali məqsədi həqiqəti yaymaq, əsas peşəkarlıq meyarı isə obyektivlik olan keyfiyyətli jurnalistikanın əhatə dairəsi daha da genişlənəcək”, - deyə qeyd edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR