Slimfit
  1. AZƏRBAYCAN

Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”

Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”
Sakura

Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”

“Nə dövlət, nə ölkə başçısı istəməz ki, karantin rejiminin müddəti uzadılsın. Bu, iqtisadi və bütün resursların bir istiqamətə səfərbər edilməsi baxımından ölkəmizə problem yaradır”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Sədr bildirib ki, biz vətəndaş olaraq məsuliyyətimizi dərk etməliyik:

“Biz pandemiya dövrünü uğurla başa çatdırmalıyıq. Bu isə bizim üzərimizə düşür. Dövlət üzərinə düşən öhdəlikləri görüb və görəcək. İctimai nəqliyyatdan istifadə edərkən maskalar taxılmalıdır.

Evə gələrkən yaxınlarımızla görüşməmişdən öncə əllərimizi yumalıyıq. Bunları etməliyik ki, qısa zamanda karantin rejimindən çıxaq və öz normal həyatımıza qayıdaq”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR