Slimfit
  1. CƏMİYYƏT

Agentlik rəsmisi tibbi əməliyyat qiymətlərinin ödənilməsi məsələsinə aydınlıq gətirdi

Agentlik rəsmisi tibbi əməliyyat qiymətlərinin ödənilməsi məsələsinə aydınlıq gətirdi
Sakura

Agentlik rəsmisi tibbi əməliyyat qiymətlərinin ödənilməsi məsələsinə aydınlıq gətirdi

“Bəzən xidmətlər zərfinin qarşısında olan məbləğlər insanları çaşdırır. Düşünürlər ki, bu məbləği onlar özləri ödəyəcək, lakin bu elə deyil”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

O bildirib ki, xidmətlər zərfində əməliyyatların qarşısında yazılan məbləğlərlə bağlı bizə çoxsaylı suallar gəlir:

“Bu məsələyə aydınlıq gətirim. Həmin məbləğlər İcbari Tibbi Sığorta Agentliyi tərəfindən üzərinə 18 % ƏDV gəlmək şərtilə tibb müəssisəsinə ödənilir. Bu o halda ödənilir ki, həmin tibb müəssisəsi vətəndaşa o xidmətləri göstərsin. Ümumilikdə, xidmətlər zərfinin qarşısında yazılan məbləğ agentlik tərəfindən tibb müəssisəsinə ödənilən məbləği göstərir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR