Slimfit
  1. İQTİSADİYYAT

Agentlik: Hotellərdə xüsusi karantin otağı olmalıdır

Agentlik: Hotellərdə xüsusi karantin otağı olmalıdır
Sakura

Agentlik: Hotellərdə xüsusi karantin otağı olmalıdır

Yerləşdirmə vasitələri, xüsusilə hotellər üçün belə bir tələb qoymuşuq ki, koronavirusla bağlı şübhəli halların idarəedilməsi məqsədilə hotellərdə xüsusi izolyasiya otağı olmalıdır.

Ens.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə iş sektorunun mudiri Günay Bayramova "Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda keçirilən onlayn müzakirələrdə deyib.

Onun sözlərinə görə, COVİD-19 pandemiyası ilə əlaqədar yerləşdirmə müəssisələri üçün hazırlanan yeni təlimatda müəyyən bir otağın karantin məqsədilə saxlanılması tələbi var:

"Təlimatda qeyd edilir ki, əgər hotelə gələn hansısa şəxsdə müəyyən simptomlar müşahidə edilərsə, həmin xəstə dərhal nəzarətə götürülməlidir. Bu şəxsə dərhal tibbi xidmət göstərilməli və ya ona bu xidmətlərin göstərilməsi təmin edilməlidir. Xəstə qoruyucu vasitələrlə təmin edilməli, ona maska taxılmalıdır. İşçi heyətin də həmin şəxslə təması minumuma endirilməlidir. Karantin otağı da məhz bu zaman istifadə edilməlidir. Simptomları müəyyən edilən şəxs həmin karantin otağına yerləşdirilməli və təcili tibbi yardım xidmətinin işçiləri gələnə qədər orada saxlanılmalıdır".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR