Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb
Sakura

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) aprel ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən 525.az-a bildirilib ki, aprel ayı üzrə 399 müraciətçinin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbindən 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbindən 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 123, Türkiyədən 90, Ukraynadan 82, Böyük Britaniyadan 29, Gürcüstandan 19, Çindən 8, İtaliyadan 7, Polşadan 6, Macarıstandan 4, ABŞ-dan 3, İsveçrədən 3, Almaniyadan 2 2, Əfqanıstandan 2, Kanadadan 2, Niderlanddan 2, Qırğızıstandan 2, Avstraliya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, Çexiya, Estoniya, Hindistan, İspaniya, Şimali Kipr Türk Respublikası, Koreya Respublikası, Litva, Norveç, Özbəkistan, Rumıniya və Şimali Makedoniya Respublikasından hər bir ölkə üzrə 1 müraciətin olduğu müşahidə edilir.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınıb.

Sənədlərə baxılma müddəti orta hesabla 16 iş günü təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR