Ağəli bəy Naseh - Səbr eylə
Gözüm qurbani, ah etmә, qәmi-hicranә sәbr eylә!
Әgәr könlün dönә hicran әlindәn qanә, sәbr eylә!
Qәmi-eşq eylәyibdir çoxları divanә, sәbr eylә!
Mәhәbbәt әhlisәn, yan atәşi-suzanә, sәbr eylә!
Qәrar et, gözlәrin yadi-vüsal ilә pürab etmә!
Mükәddәr xatirinlә ağlama, qәlbim kәbab etmә!
Yetәrsәn aqibәt mәqsudә, bunca iztirab etmә!
Olar kamınca axır gәrdişi-dövranә sәbr eylә!
Mәhәbbәt alәmindә aşiqә daim vüsal olmaz,
Bu yolda aşiqi-biçarә hәrgiz bimәlal olmaz,
Fәraqә düşmәyincә vәsli-dildarә mәcal olmaz,
Sitәmlәr çәkmәyә mötad olub mәrdanә sәbr eylә!
Gözüm, әhli-vәfalar yarın hicranından incinmәz,
Әgәr min niş vursa, nuki-müjganından incinmәz,
Qәmi-firqәtlә canın versә, cananından incinmәz,
Bәlayi-eşqi çәk, bu dәrdi-bidәrmanә sәbr eylә!
Dağıtma arizi-nәsrininә zülfi-mütәrrani!
Dürәfşan eylәmә, ağlatma bunca çәşmi-şәhlani!
O şәhla çәşminә olsun fәda min nәrgisi-cani!
Gәlir, әlbәttә, bir gün dәrdü qәm payanә, sәbr eylә!
Mәhәbbәt әhli, Naseh, tәneyi-әğyardәn qaçmaz,
Cәfalәr gәlsә güldәn bülbülә, gülzardәn qaçmaz,
Yanar hicran ilә, pәrvanәlәr tәk, nardәn qaçmaz,
Vәfa göstәr, nisar et canını cananә, sәbr eylә!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət