Dərc edildi: Baxış sayı: 641
Ağəli bəy Naseh - Nə meylim bağə, nə camü səbuyə ehtiyacım var
Nә meylim bağә, nә camü sәbuyә ehtiyacım var,
Cәmalın gülşәnindәn rәngü buyә ehtiyacım var.
Hәvayi-zülf ilә dil mürği tәrki-aşiyan etmiş,
Sәbadәn sormaq ilә cüstücuyә ehtiyacım var.
Hәdisi-lәblәrin tәvizi-can etmәk dilәr könlüm,
O zülfi-pürxәmindәn tari-muyә ehtiyacım var.
Nigarım bivәfa oldu, fәnadәn qeyri yox çarәm,
Әlaci-dәrd üçün ol tündxuyә ehtiyacım var.
Şәhidi-navәki-müjkanın olmaqçun kәfәnlәndim,
Könül qanilә tәğsilü vüzuyә ehtiyacım var.
Rәhi-eşqindә pamal olmadım, bietibar oldum,
Qubari-mәqdәmindәn abruyә ehtiyacım var.
Mәni mәn etmә, Naseh, gәr qılam dilbәr tamaşasın,
Nedim, hal әhliyәm, ruyi-nikuyә ehtiyacım var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət